Yeni ildən “Telegram”da ödənişli xidmətlər yaranacaq

Yeni ildən “Telegram”da ödənişli xidmətlər yaranacaq

2021-ci ildən “Telegram” messencerində yeni ödənişli xidmətlər tətbiq olunacaq.

Bu barədə messencerin banisi Pavel Durov öz “Telegram” kanalında bildirib. O qeyd edib ki, hazırkı xidmətlər bundan sonra da ödənişsiz fəaliyyət göstərəcəklər, yeni tətbiq ediləcək xidmətlər isə “işgüzar komandalar və daha böyük ehtiyaclara malik istifadəçilər” üçün əlverişli olacaq.

Bununla yanaşı, “Telegram”ın satılmayacağını qeyd edən sahibkar hazırda mesencerin 500 milyona yaxın fəal istifadəçisinin olduğunu, bundan sonra da fəaliyyətə davam etmək üçün “azı yüz milyardlarla dollar”a ehtiyac olduğunu diqqətə çatdırıb. Müəyyən vaxta qədər messencerin maliyyə ehtiyaclarını təkbaşına ödəmiş P.Durov artıq bunun mümkün olmadığını bildirib.

Buna baxmayaraq, “Telegram”ın mesaj ötürmə ilə bağlı xidmətlərində bundan sonra da reklam yerləşdirilməyəcəyi vurğulanıb.