“Volvo" elektrikli mühərrik istehsalına 83 milyon dollar investisiya yatıracaq

“Volvo" elektrikli mühərrik istehsalına 83 milyon dollar investisiya yatıracaq

Çinin “Geely Holdinq”inə məxsus “Volvo Cars” şirkəti elektrikli mühərrik istehsalına 700 milyon kron (təxminən 83 milyon dollar) investisiya yatıracaq.

Şirkət İsveçin Skovde şəhərindəki aqreqat zavodunda elektrik mühərriklərin yığımına başlamağı planlaşdırır.

Bu “Volvo Cars”ın törəməsi olan "Powertrain Engineering Sweden"nin (PES) öhdəliyinə veriləcək.

“Volvo”nın digər planına görə, 2025-ci ilə kimi qlobal satışlarının yarısı tamamilə elektrikli avtomobillərdən, yarısı isə hibrid avtomobillərdən ibarət olacaq.