"Twitter"in səhmləri 12% ucuzlaşıb

"Twitter"in səhmləri 12% ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb.

Nəticədə şirkətin bazar dəyəri 5 milyard dollar azalıb. İnvestorlar Prezident Donald Trampa məxsus 88 milyon abunəçisi olan mikrobloqun bağlanmasından sonra platformaya olan marağın azala biləcəyini ehtimal ediblər. 

Qeyd edək ki, "Twitter" ABŞ Prezidenti Donald Trampın səhifəsini Ağ Ev qarşısında baş verən insidentdən sonra birdəfəlik bağlayıb.