"Twitter" "Periscope" tətbiqini bağlayacağını açıqladı

"Twitter" "Periscope" tətbiqini bağlayacağını açıqladı

"Twitter"ə məxsus "Periscope" video-yayım tətbiqinin fəaliyyəti 31 mart 2021-ci il tarixindən etibarən dayandıracaq. Artıq dekabrın 15-dən "Periscope"da yeni hesabların yaradılması funksiyası ləğv edilib.

Bu barədə "Twitter"in yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, tətbiqin veb-saytına giriş yalnız arxivləşdirilmiş yayımları izləmək üçün açıq qalacaq. "Periscope" əvəzinə videoları "Twitter Live" vasitəsilə yayımlamaq mümkün olacaq.

Məlumat üçün bildirək ki, "Periscope" 2015-ci ildə istifadəyə verilib. "Twitter" bu tətbiqi 2014-cü ildə 120 milyon dollara satın alıb.