Türkiyənin TANAP-la qaz idxalı 7 milyard kubmetrə çatıb

Türkiyənin TANAP-la qaz idxalı 7 milyard kubmetrə çatıb

Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz idxalının başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin sentyabrına qədər tədarük həcmi təxminən 7 milyard kubmetr olub.

Bu haqda Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməzin açıqladığı məlumatda bildirilib.

O qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi artıq başa çatıb.

Fatih Dönməz əlavə edib ki, TAP-ın istismara verilməsi ilə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.