Türkiyə iqtisadiyyatı ötən il 0,5% artıb

Türkiyə iqtisadiyyatı ötən il 0,5% artıb

Dünya Bankının ilkin qiymətləndirməsinə əsasən, COVID-19 pandemiyasının iqtisadiyyata əhəmiyyətli təsirinə baxmayaraq 2020-ci ildə Türkiyənin ÜDM-i 0,5% artıb.

Bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə yerli tələbatın tədricən artması sayəsində ölkədə ÜDM-in artım tempi 4,5%-dək sürətlənəcək. 2022-ci ildə isə ÜDM-in 5% artacağı proqnozlaşdırılır.

Bank onu da qeyd edir ki, faiz dərəcələrinin artımına baxmayaraq, Türkiyə lirəsi ABŞ dollarına qarşı rekord səviyyədə minimuma endi, bu da ölkənin xarici balanslarını zəiflədərək əlavə kontrsiklik siyasətin tətbiqini məhdudlaşdırdı.