“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır

“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır

Türkiyənin milli yük daşıyıcısı “Turkish Airlines” (THY) hava nəqliyyatında yük daşınmaları sahəsində yeni filial şəklində birləşmiş şirkətin yaradılması haqqında qərar qəbul edib.

Bu barədə "Anadolu" agentliyi  xəbər yayıb.

Xəbərdə bildirilir ki, səhmlərin 100%-i  “Turkish Airlines”a məxsus olacaq.

Şirkətin açıqlamasına görə, yeni şirkət yük daşımaları sahəsində xidmətin genişlənməsinə töhfə verəcək, hava nəqliyyatında yeni strategiyaları hazırlamağa imkan yaradacaq. “Turkish Cargo” şirkətinin yaradılması zamanı “Turkish Airlines”in uğurlu təcrübəsi nəzərə alınacaq.

Bundan başqa, yeni şirkət xaricdə strateji əməkdaşlıq üçün açıq olacaq.