"Toyota" Böyük Britaniya və Fransada zavodlarının fəaliyyətini dayandırır

"Toyota" Böyük Britaniya və Fransada zavodlarının fəaliyyətini dayandırır

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" şirkəti koronavirusun yeni mutasiyasının yayılması səbəbi ilə Böyük Britaniya və Fransadakı zavodlarının işini dayandırır.

Bu barədə "Kyodo" məlumat yayıb.

Böyük Britaniyadakı mühərrik zavodu 22 dekabrda, montaj zavodu isə 23 dekabrda bağlanacaq. Fransada 22 dekabrdan etibarən təkərlərin istehsalı zavodu işini dayandıracaq. İşçilər 24 dekabrda başlayan Milad tətilinə vaxtından əvvəl göndəriləcəklər.