"Tesla" avtomobillərini geri çağırır

"Tesla" avtomobillərini geri çağırır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti asma və dam örtüyündəki qüsurlara görə ölkədə 9 mindən çox avtomobilini geri çağıracaq.

Bu barədə ABŞ-ın Traslarda Hərəkətin Təhlükəsizliyi Milli İdarəsinin (NHTSA) açıqlamasında bildirilir.

Xüsusilə şirkət 2016-cı ildə istehsal olunmuş 9 136 vahid "Model X" modelini geri çağırmaq qərarı alıb. 

Məlumatda qeyd edilir ki, ön və arxa hissələrdə olan kosmetik dam örtüyü əvvəlcədən astarlanmadan avtomobilə yapışdırılmış ola bilər. Nəticədə, bir və ya hər iki element avtomobil hərəkətdə olarkən nəqliyyat vasitəsindən ayrıla bilər. Bu, yolda təhlükə yaradıb, qəza riskini artıra bilər. "Tesla" geri çağırılan nəqliyyat vasitələrinin sahiblərini xəbərdar edəcək və dilerlər hər iki elementi testdən keçirəcək.

Bundan başqa, "Tesla" 2020-ci ilin "Model Y" avtomobillərinin 401-ni geri çağıracaq.

Məlumat üçün bildirək ki, "Tesla Motors" şirkəti 2003-cü ildə elektrikli nəqliyyat vasitələri və bununla əlaqədar texnologiyaların inkişafetdiricisi və istehsalçısı kimi təsis edilib. Şirkət həmçinin, “Toyota” və “Daimler” kimi avtomobil nəhəngləri üçün batareyalar və elektrik mühərrikləri istehsal edir.