Stin Yakobsen pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

Stin Yakobsen pandemiyanın bitəcəyi vaxtı açıqlayıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası növbəti ilin II rübündə sona çatacaq, qlobal iqtisadiyyat isə bir il ərzində normallaşacaq.

Bunu "Saxo Bank"ın (Danimarka) investisiya direktoru Stin Yakobsen deyib.

O bildirib ki, bazar 2021-ci ildə normallaşacaq. Yakobsen həmçinin, Asiya iqtisadiyyatının digər regionlardan daha sürətli canlanacağını qeyd edib.