SOCAR 49,5 milyon dollar təzminat ödətdirəcək

SOCAR 49,5 milyon dollar təzminat ödətdirəcək

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsi 5 Noyabr 2020-ci il tarixində qərar verib.

SOCAR-dan verilən məlumata görə, qərar SOCAR-ın lehinə çıxarılıb. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.5 mln. ABŞ dolları məbləğində təzminat müəyyən edilib. Palmali-nin çoxmilyonluq qarşılıqlı iddiası tamamilə rədd edilib.

Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmayıblar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıblar. Beləliklə, iki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatmış oldu.