Serbiya Azərbaycana 170 milyon avro borc ödəyəcək

Serbiya Azərbaycana 170 milyon avro borc ödəyəcək

Serbiya 2021-ci ilin əvvəlindən “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, bu borc ödəndikdən sonra Serbiyanın xarici borcu ÜDM-nin 58,5%-nə qədər azalacaq.

Prezident bildirib ki, Serbiya borcunu bu ilin sonunadək, ən geci gələn ilin əvvəlinədək ödəyəcək.

Xatırladaq ki, Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın “AzVirt” tikinti şirkəti tərəfindən aparılırdı.