Rusiyada miqrantların müvəqqəti yaşayış müddəti uzadıldı

Rusiyada miqrantların müvəqqəti yaşayış müddəti uzadıldı

Rusiya ərazisində miqrantların müvəqqəti yaşayış müddəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar 15 iyun 2021-ci il tarixinə qədər uzadılıb.

Bu barədə Rusiya prezidentinin müvafiq fərmanı Rusiya Federasiyasının rəsmi hüquqi informasiya portalında məlumat yayımlanıb.

Xatırladaq ki, aprelin 18-də qəbul olunmuş ilkin qərara əsasən, bu müddət dekabrın 15-də bitmişdi və göründüyü kimi, müddət yarım il müddətinə artırlıb.