Rusiya qızıl ehtiyatlarını ABŞ-dan çıxarıb

Rusiya qızıl ehtiyatlarını ABŞ-dan çıxarıb

Çinin Sohu nəşrinin analitikləri bildiriblər ki, Rusiya ABŞ-da qızıl ehtiyatları saxlamayıb.

Mütəxəssislərin açıqlamasına görə, bir çox ölkə qızıl ehtiyatlarını ABŞ-da saxlayır. Ancaq Rusiya bütün qızıl ehtiyatlarını bu ölkədən çıxarıb və bununla da Vaşinqtonu iqtisadi nəzarətdən məhrum edib.

İki il əvvəl Rusiya Amerika istiqrazlarının ən böyük sahiblərindən biri idi. Sonra ABŞ-ın milli borcuna 100 milyard dollar sərmayə qoyuldu, bununla birlikdə Moskva investisiyaların həcmini bir neçə milyarda endirmək qərarına gəldi. Qalan pullar qızıla yatırıldı.

2020-ci ilin ortalarında Rusiya Federasiyası qiymətli metal ehtiyatlarına görə beşinci yeri tutub. PolitRussia yazır ki, gələcəkdə Rusiya qiymətli metala investisiya qoymağa davam edəcək, lakin əmanətlərini ABŞ-da deyil, öz ölkəsində saxlayacaq.

Bundan əvvəl Invest Foresight, qızılın pandemiya fonunda bahalaşmağa başladığını bildirib. Depozit sahibləri qiymətli metallara investisiya qoymağa başlaya bilərlər.