Rusiya iqtisadiyyatı 3,5 % kiçilib

Rusiya iqtisadiyyatı 3,5 % kiçilib

Bu ilin noyabr ayında Rusiyada istehsal olunmuş ümumi daxili məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % az olub.

Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin hazırladığı "2020-ci ilin noyabr ayı üçün işgüzar fəaliyyətin mənzərəsi" adlı hesabatda bildirilir.

Sənəddə həmçinin qeyd edilir ki, oktyabr ayı üçün bu göstərici 4,5 % təşkil edib.

2020-ci ilin yanvar-noyabr aylarında isə Rusiya iqtisadiyyatı illik müqayisədə 3,5 % kiçilib.