"Peugeot" və "Fiat Chrysler" birləşəcək

"Peugeot" və "Fiat Chrysler" birləşəcək

Fransanın “Peugeot SA” şirkətilə “Fiat Chrysler Automobiles NV” İtaliya-ABŞ konserninin birləşməsinə dair 38 milyard dollara yaxın məbləğdəki müqavilə Avropa Komissiyası tərəfindən müəyyən şərtlərlə təsdiqlənib.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Sənəddə bildirilir ki, Avropa Komissiyası “Fiat Chrysler Automobiles NV” və “Peugeot SA” şirkətlərinin Avropa rəqabəti və birləşmə qaydalarına uyğun olaraq konsolidasiyasını təsdiqləyib. Əməliyyatın təsdiqlənməsi şirkətlər tərəfindən razılaşdırılmış öhdəliklər paketinə tam uyğun gəlmək şərti ilə təmin edilib.

Avropa Komissiyasının yeni birləşmiş şirkətin əlində bəzi bazar sektorlarının həddindən artıq konsentrasiyası risklərinə dair iddialarını aradan qaldırması məqsədilə hər iki şirkət üzərinə bir sıra öhdəlik götürüb, xüsusən “Peugeot SA” və “Toyota” arasında Avropa bazarında iş şərtlərinə dair müqaviləni yumşaltmağa, eyni zamanda “Peugeot” və “Fiat Chrysler” avtomobillərini müstəqil bazar iştirakçıları tərəfindən lisenziyalı təmir və texniki xidmət üçün şərait yaratmağa razılıq əldə olunub.