Paytaxtda ictimai iaşə dövriyyəsi 58,4% azalıb

Paytaxtda ictimai iaşə dövriyyəsi 58,4% azalıb

2020-ci ilin üç rübü ərzində ictimai iaşə dövriyyəsi 317,2 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika idarəsi məlumata yayımlayıb. 

Açıqlanan məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 58,4 faiz azalıb.

Bildirilir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 29,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz azalaraq 224,6 milyon manat olub.