Ötən ilin noyabrında əhali 16 milyon nağd avro alıb

Ötən ilin noyabrında əhali  16 milyon nağd avro alıb

Ötən ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,743 milyon avro təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 63,9% azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında isə ölkə əhalisi 219,484 milyon avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,6% azdır.

Hesabata görə, noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,164 milyon avro təşkil edib ki, bu da aylıq müqayisədə 15,7% çoxdur, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,8 dəfə azdır.