Ötən il “Qazprom”un qaz hasilatı 10 %-ə qədər azalıb

Ötən il “Qazprom”un qaz hasilatı 10 %-ə qədər azalıb

“Qazprom” 2020-ci ildə 452,7 milyard kubmetr qaz hasil edib. Şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə ixracatı 179,3 milyard kubmetr təşkil edib.

Bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller deyib.

2019-cu ilin sonunda şirkətin qaz hasilatı 500,1 milyard kubmetrə bərabər olub. MDB xaricindəki ölkələrə (Çin də daxil olmaqla) ixrac 199,3 milyard kubmetrə çatıb. Beləliklə, “Qazprom”un qaz hasilatı 2020-ci ildə 9,48%, ixracatı isə 10% azalıb.

Bundan əlavə, doqquz Avropa ölkəsi keçən il “Qazprom”dan 2019-cu illə müqayisədə daha çox qaz alıb. Bunlara Türkiyə, Yunanistan, Belçika və Danimarka daxildir. Bundan başqa Niderland və Slovakiya Rusiyadan qaz tədarükünü rekord həddə çatdırıb.