Ötən il POS-terminalların sayı azalıb, bankomatların sayı artıb

Ötən il POS-terminalların sayı azalıb, bankomatların sayı artıb

Azərbaycanda POS-terminalların sayı noyabr ayı ərzində 46 vahid və ya 0,1% azalaraq dekabr ayının 1-nə 56 956 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 15,6% və ya 10 512 vahid azalıb.

Məlumata görə, POS-terminalların 36 589 ədədi və ya 64,2%-i Bakıda, 20 367 ədədi və ya 35,8%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı noyabr ayı ərzində 33 ədəd və ya 1,2%, illin əvvəlindən isə 1,5% və ya 41 ədəd artıb. Bankomatların 1 415 ədədi və ya 52,6%-i Bakıda, 1 273 ədədi və ya 47,4%-isə regionlarda quraşdırılıb.