Ötən il dünyada ərzağın qiyməti yüksəlib

Ötən il dünyada ərzağın qiyməti yüksəlib

2020-ci ildə əsas ərzaq məhsulları və qida xammalının dünya üzrə qiymətləri son üç ilin ən yüksək həddinə çatıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.

Təşkilatın açıqlamasına görə, əsas ərzaq məhsullarının beynəlxalq bazardakı qiymətlərinin aybaay dəyişkənliyini əks etdirən indeksin dekabr ayında 2,2 % artaraq 107,5 bəndə çatdığı, bununla da 6 ilə yaxın müddət ərzindəki ən yüksək həddə çatdığı bildirilir. Bütövlükdə FAO indeksinin 2020-ci ildəki orta indeksi 2019-cu ilə nisbətən 3,1 % artsa da, 2011-ci ildə qeydə alınmış tarixi rekorda nisbətən 25 % azdır.

Dekabr ayında bitki yağları qiymətinin indeksi 4,7 %, taxıl qiymətləri indeksi 1,1 %, ağartı qiymətlərinin indeksi 3,2 % artıb. O cümlədən buğda, qarğıdalı, çəltik kimi taxıl məhsulları qiymətlərinin indeksinin artması daha çox başlıca istehsalçı ölkələrdəki havalarla, həmçinin məhsuldarlıqla bağlı proqnozlarla şərtlənir.

FAO ekspertlərinin qənaətincə, ərzağın bahalaşması pandemiyanın fəsadlarından daha çox bütövlükdə tələb-təklifin dəyişkənliyindən asılıdır.