Ölkədə POS-terminalların statistikası açıqlanıb

Ölkədə POS-terminalların statistikası açıqlanıb

Cari ilin ilk doqquz ayında ölkədə fəaliyyət göstərən POS-terminalların sayı 57 min 40 ədəd təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, sentyabrda POS-terminalların sayı 493 ədəd artıb.
Qeyd edək ki, POS-terminalların 37 min 306-sı Bakıda, 19 min 734-ü regionlarda quraşdırılıb.