Nissan şirkətinin zərəri 3 milyard dolları keçib

Nissan şirkətinin zərəri 3 milyard dolları keçib

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor" şirkətinin 2019-2020-ci maliyyə ilinin (sentyabrın 30-da bitib) birinci yarısında xalis zərəri 3,1 milyard dollar olub.

Bu barədə şirkətin maliyyə hesabatında bildirilib. İstehsalçının bir səhm üzrə zərəri hesabat dövründə 0,8 dollara bərabər olub. Ötən ilin analoji dövründə isə bir səhm üzrə mənfəət 0,16 dollar təşkil edib. Satışlardan formalaşan gəlir isə illik müqayisədə 38,2% azalaraq 29,4 milyard dollara enib.

Təkcə maliyyə ilinin II rübündə "Nissan"ın xalis zərəri ötənilki 559,5 milyon dollardan 421 milyon dollara enib, bir səhm üzrə zərəri isə 0,1 dollara bərabər olub, halbuki ötən ilin eyni dövründə səhm üzrə 0,14 dollar mənfəət qeydə alınıb. Hesabat rübündə, şirkətin satış gəliri illik müqayisədə 27% azalaraq 18,2 milyard dollar təşkil edib.

"Nissan Motor" cari maliyyə ili üçün proqnozlarını yaxşılaşdırıb. Belə ki, "Nissan" maliyyə ilində satış gəlirlərinin 75,3 milyard dollara çatacağını gözləyir (ötən proqnoz 74 mlrd. dollar).

Məlumat üçün bildirək ki, "Nissan Motor" Yaponiyanın ən böyük avtomobil istehsalçılarından biridir. 1933-cü ildə təsis edilən şirkət hazırda "Renault-Nissan-Mitsubishi" alyansına daxil olub.