Neft nəhənginin gəlirləri 2 dəfə azalıb

Neft nəhənginin gəlirləri 2 dəfə azalıb

Dünyanın neft nəhənglərindən olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin gəlirləri 2 dəfəyə qədər azalıb.

Cari ilin üçüncü rübündə şirkətin gəlirləri 11,78 milyard dollar olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 21,29 milyard dollar təşkil etmişdi.

Bundan əlavə, “Saudi Aramco”nun sərbəst pul axını da 1,7 dəfə azalıb.