Mobil rabitə operatorlarına aşağızolaqlı tezlik spektri ayrıla bilər

Mobil rabitə operatorlarına aşağızolaqlı tezlik spektri ayrıla bilər

Azərbaycanda simsiz rabitə şirkətlərinə mobil genişzolaqlı şəbəkə texnologiyaları üçün daha geniş əhatə dairəsinə malik aşağızolaqlı tezlik spektrin (700 və 800 MHz) ayrılması planlaşdırılır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə qeyd olunub.

Bildirilir ki, bu zaman spektrin məhdud resurs olmasını nəzərə alaraq, simsiz rabitə şirkətlərinin mövcud spektrdən daha səmərəli istifadəsi təmin edilməsi nəzərdə tutulur.

Mobil rabitə əlaqələri üzrə adambaşına düşən xərclərin istehlak səbətindəki payının 1,41%-dək artırılması hədəflənir.