Mərkəzi Bank depozit hərracında 100 milyon manat vəsait cəlb edib

Mərkəzi Bank depozit hərracında 100 milyon manat vəsait cəlb edib

Azərbaycan Mərkəzi Bankı keçirdiyi depozit hərracının nəticələrini açıqlayıb.

Bugün Mərkəzi Bank tərəfindən 14 gün müddətində vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 633 milyon manat, hərrac nəticəsində bağlanmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Nəticədə, hərrac zamanı Mərkəzi Bank 100 milyon manat vəsait cəlb edib.