Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

Cari ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manata bərabər olub ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,6 %, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 %, bitkiçilik məhsulları üzrə isə 0,2 % artmışdır.