İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişi işlərinə başlanılır

İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişi işlərinə başlanılır

“Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunuç ərazilərdəki yaşayış məntəqələrində infrastruktur layihələrinə start verib.

Birlikdən verilən məlumata əsasən hazırda qaz təchizatı ilə bağlı layihələndirmə işləri gündəmdədir. Bu məqsədlə “Azəriqaz” işğaldan azad edilmiş bölgələrdə reallaşdırılacaq qaz çəkilişi layihələrini tədqiq etməyə başlayıb. Birliyin əməkdaşları artıq  əraziyə baxış keçirərək mümkün layihə variantlarını dəyərləndirmək məqsədilə böhgəyə ezam olunub.