İnsanların yaratdığı əşyaların çəkisi Yerin biokütləsini keçib

İnsanların yaratdığı əşyaların çəkisi Yerin biokütləsini keçib

Bəşəriyyət tərəfindən dünyada yaradılan əşyaların çəkisi Yer kürəsindəki biokütlənin çəkisini ötüb.

Bunu İsrail Universitetinin alimləri hesablayıb.

Alimlərin hesablamalarına görə, insan tərəfindən yaradılan hər bir əşya 2020-ci ildə planetin biokütləsini bir neçə dəfə üstələyib. Belə ki, insanların istehsal etdikləri cisimlərin kütləsi hər 20 ildə iki dəfə artır. Ötən əsrin əvvəlində (tədqiqata 1900-cü ildən bəri olan məlumatlar daxil edilib) insanlar tərəfindən yaradılan əşyaların çəkisi ümumi biokütlənin yalnız 3%-ni təşkil edirdi. Alimlərin fikrincə, bu fakt bəşəriyyətin planetə və nəticədə ətraf mühitə güclü təsir etdiyinin birbaşa sübutudur.

Xüsusilə, hər il 30 qiqaton obyektlər insanlar tərəfindən yaradılır. Mütəxəssislərin fikrincə, müxtəlif cisimlərin bu qədər artan istehsalı yer üzündə süni və bioloji kütlə arasında çox güclü bir qeyri-tarazlığa səbəb olur.

Tədqiqat müəlliflərinin birinin fikrincə, bu iş açıq şəkildə bəşəriyyətin Yer üzündə böyük bir iz buraxdığını göstərir. O bildirib ki, həyati fəaliyyətlərin nəticələri dəhşətli olduğundan, insanlar dünyaya görə məsuliyyəti öz üzərinə götürməlidirlər.