İlon Mask "Forbes"un zənginlər reytinqində ikinci yerə yüksəldi

İlon Mask "Forbes"un zənginlər reytinqində ikinci yerə yüksəldi

Dekabrın 8-də "Tesla" və "SpaceX" şirkətinin rəhbəri İlon Maskın sərvəti 1,6 milyard dollar və ya 1,1% artaraq 144,7 milyard dollar təşkil edib. Bununla da İ.Mask Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun sahibi, 144,3 milyard dollarlıq varidatı olan Bernar Arnonu üçüncü yerə sıxışdırıb. Birinci yerdə əvvəlki kimi “Amazon” onlayn alış-veriş portalının sahibi, 185,4 milyard dollarlıq varidat sahibi Cef Bezos qərarlaşıb.

Dördüncü yeri “Microsoft”un təsisçilərindən 118,8 milyard dolların sahibi Bill Geyts, beşinci yeri isə “Facebook” şirkətinin təsisçisi 104 milyard dollarla Mark Zukerberq tutur.

Xatırladaq ki, noyabr ayının 23-də İ.Mask “Bloomberg”in reytinqində də ikinci yerə çıxıb. O zaman “Tesla”nın səhmlərinin bahalaşması nəticəsində varidatı 7,2 milyard dollar artaraq 128 milyard dollara çatdığı bildirilmişdi.