"Google"un onlayn xidmətlərində problem yaranıb

"Google"un onlayn xidmətlərində problem yaranıb

Dünyanın bir sıra ölkəsində ABŞ-ın “Google” şirkətinin onlayn xidmətlərinin işində problemlər müşahidə olunub.

Problemin nədən qaynaqlanması ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, problemlərlə bağlı şikayətlərin əksəriyyəti Avropa ölkələrindəki istifadəçilərdən gəlir. Xüsusilə, “Google” axtarış xidməti, “YouTube” video hosting, “Gmail” poçt xidməti və digərlərinin işində problemlərin olduğu bildirilir.

Xatırladaq ki, "Google" dünyanın ən böyük axtarış sistemidir və 1998-ci ildə yaradılıb. Onun sahibi olan şirkət 2015-ci ilə qədər "Google", ondan sonra isə "Alphabet” adlandırılıb.