“General Motors” 69 min “Chevrolet Bolt”u geri çağırır

“General Motors” 69 min “Chevrolet Bolt”u geri çağırır

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) təxminən 69 min “Chevrolet Bolt” markalı elektrikli avtomobili batareyalarındakı yanğın təhlükəsinə görə geri çağırır.

Bu barədə şirkət öz saytında açıqlama verib.

Açıqlamada bildirilir ki, "General Motors” və “Chevrolet” Koreyadakı “LG Chem” zavodunda istehsal olunan yüksək gərginlikli batareyalı, 2017-2019-cu il istehsalı “Chevrolet Bolt” avtomobillərini könüllü olaraq geri qaytarmaq qərarına gəliblər. Belə ki, batareyalar tamamilə dolduqda yanğın təhlükəsi yarada bilər.

Artıq akkumulyatorda baş verən nasazlıq səbəbindən beş yanğın hadisəsi qeydə alınıb. Onlardan üçü oktyabr ayında baş verib. Bu hadisələr nəticəsində ölüm halı olmayıb, iki nəfər yüngül xəsarət alıb.