Dünyanın ən etibarlı avtomobillərinin reytinqi açıqlandı

Dünyanın ən etibarlı avtomobillərinin reytinqi açıqlandı

ABŞ-ın "Consumer Reports" nəşrinin qiymətləndirməsinə görə "Mazda" ən etibarlı avtomobillərin reytinqində birinci olub.

Siyahı avtomobil istehsalçılarının bütün modellərinin etibarlılıqları nəzərə alınaraq müəyyənləşdirilib. 

Tədqiqatın gedişatında 2000-2020 buraxılış ilinə malik 330 min avtomobilin sahibinin rəyi soruşulub. Respondentlərin həmçinin son 1 il ərzində avtomobillərlə bağlı problemlər haqqında rəyi öyrənilib. Ballar avtomobillərin markalarına alınmış cavablar əsasında verilib.

Siyahıda ikinci yerdə “Toyota”, üçüncü yerdə “Lexus” qərarlaşıb.

Bildirilir ki, “Mazda” rəy sorğusunda 83 bal yığıb və ilk dəfə reytinqin lideri olub.

Ən etibarlı avtomobillərin ilk beşliyinə həmçinin “Buick” və “Honda” markaları daxil olub.