Dünyanın ən böyük neft şirkəti 8 milyard dollar borc aldı

Dünyanın ən böyük neft şirkəti 8 milyard dollar borc aldı

"Saudi Aramco" şirkəti səhmdarlara 75 milyard dollarlıq dividend ödənilməsini maliyyələşdirmək üçün 8 milyard dollarlıq istiqraz buraxıb.

Şirkətin istiqrazlarına cəmi 50 milyard dollarlıq sifarişlər verilib. 

Şirkət 3, 5, 10, 30 və 50 illlik cəmi 8 milyard dollarlıq istiqrazlarını satıb. 

Şirkət keçən il də 12 milyard dollarlıq istiqraz emissiyası reallaşdırmış, bu emissiyaya 100 milyard dollardan çox tələb olmuşdu.

Düşən neft qiymətlərilə əlaqədar Aramco-nun mənfəəti 45% azalıb.