Dünyada ilk dəfə süni ətin satışına icazə verilib

Dünyada ilk dəfə süni ətin satışına icazə verilib

Dünyada ilk dəfə Sinqapur hökuməti laboratoriyada istehsal olunan ətin satışına icazə verib.

Bu barədə Sinqapurun Qida Agentliyinin açıqlamasında deyilir.

Açıqlamaya görə, alınan təklifləri qiymətləndirdikdən və onların təhlükəsizliyini təyin etdikdən sonra ABŞ-ın "Eat Just" şirkətinə Sinqapurda kultivasiya edilmiş toyuq ətinin satışına icazə verilib.

Qeyd edək ki, McDonalds şəbəkəsi artıq süni ətdən hazırlanmış burgerlərin satışına başlamaq barədə qərar qəbul edib. Amma bu burgerlərin hansı ölkələrdə müştərilərə təklif olunacağı açıqlanmayıb.