Dövlət xətti ilə ipoteka kreditləşməsi 44 %-dən çox artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 44 %-dən çox artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 228,7 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 35,8 % azalaraq 138,1 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 33,3 % artaraq 200 milyon manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manata bərabər olub.