Dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb

Dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 12 milyon ton yük, 1 828,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən açıqlanan məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9%, sərnişin daşınmasında isə 38,4% azalma müşahidə olunub.

Məlumata görə, orta hesabla sutkada 304 vaqon yüklənib, 392 vaqon isə  boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,6 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton həcmində yüklənmə işi yerinə yetirilib.