“Coca-Cola” 2,2 min işçisini ixtisar edəcək

“Coca-Cola” 2,2 min işçisini ixtisar edəcək

Dünyanın aparıcı içki istehsalçısı olan “Coca-Cola” şirkəti 2,2 min işçisini ixtisar edəcək. Bunun 1,2 min nəfəri ABŞ-da, qalanı isə digər ölkələrdə işləyən şəxslər olacaq.

Bu barədə xarici mətbuatda xəbərlər yayılıb.

Məlumata əsasən, ixtisarlar “Coca-Cola”nın koronavirus (COVID-19) pandemiyasının təsiri ilə iş modelində həyata keçirdiyi yenidənqurma çərçivəsində baş tutacaq. Bununla da, şirkətin işçilərinin satı 84 minə enəcək.