Bu il tütün məmulatlarının idxalı 29 % azalıb

Bu il tütün məmulatlarının idxalı 29 % azalıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 78,6 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 milyon dollar və yaxud 28,8 % azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,81 %-ni təşkil edib.

On bir ay ərzində Azərbaycan həmçinin 13,4 milyon dollar dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib. Bu isə illik müqayisədə 550 min dollar və yaxud 3,94 % azdır.

Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1 %-i qədər olub.