Bu il istifadəyə verilən evlərin ümumi sahəsi 21% azalıb

Bu il istifadəyə verilən evlərin ümumi sahəsi 21% azalıb

Cari ilin on bir ayı ərzində Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 4 875,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 20,7% azdır.

Qeyd edək ki, təkcə noyabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 140,8 min kvadrat metr təşkil edib ki, bu göstərici son bir ayda 6,4% azalıb.