"Bitcoin"nin qiyməti tarixi maksimumunu yeniləyib

"Bitcoin"nin qiyməti tarixi maksimumunu yeniləyib

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri növbəti dəfə tarixi maksimumunu yeniləyərək 35 min ABŞ dolları həddini aşıb.

Bu barədə "CoinMarketCap" portalı xəbər verir.

20-dən çox birjaların orta qiymətini hesablayan "CoinMarketCap"in məlumata görə, bu gün səhər saatlarında "Bitcoin" 11,16% bahalaşaraq 35 634 dollara yüksəlib.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası sayılan "Binance"da "Bitcoin" 35 887 dollaradək bahalaşıb.