Azərbaycanla ABŞ arasında mənfi ticarət saldosu 18%-dək azalıb

Azərbaycanla  ABŞ arasında mənfi ticarət saldosu 18%-dək azalıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 614,17 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,9% azdır.

Dövlət Gömrük Komitəsinin (DGK)hesabatına görə, 2020-ci ilin ilk on bir ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 21,30 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 555,48 milyon dollar və ya 2,5% azdır.

İdxalın həcmi isə 592,87 milyon dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 124,05 milyon dollar və ya 17,3% azalıb.

Nəticədə, hesabat dövründə 571,57 milyon dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 123,493 milyon dollar və ya 17,8% azdır.