Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 11,8% azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 11,8% azalıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətdə 11,8% azalaraq 3,685 milyard dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 105,921 milyon dollar və ya 9,7% artaraq 1,192 milyard dollar, idxal isə 601,281 milyon dollar və ya 19,4% azalaraq 2,493 milyard dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1,301 milyard dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 707,202 milyon dollar və ya 35,2% azdır.