Azərbaycanın icbari sığorta bazarı 4%-dən çox artıb

Azərbaycanın icbari sığorta bazarı 4%-dən çox artıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 151,9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 096,3 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 4,4% artıb, ödənişlər isə 12,8% azalıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 17,1% artaraq 49 668,3 min manat, ödənişlər isə 17,8% azalaraq 2 263,6 min manata bərabər olub.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 156 875,1 min manat sığorta haqqı yığılıb, 61 120,6 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1% artım və 12,6% azalma deməkdir.