Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb

2020-ci ilin ilk doqquz ayı ərzində Rusiyaya 485,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında məlumat verilib.

 Məlumatda bildirilir ki, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.