Azərbaycanda buğda idxalı 18 % azalıb

Azərbaycanda buğda idxalı 18 % azalıb

Car ilin yanvar-noyabr aylarında Azərbaycan 262,5 milyon dollar dəyərində 1 225,6 min ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 57,2 milyon dollar (17,9 %) və 262,1 min ton (17,6 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,7 %-ni təşkil edib.