Azərbaycana yatırılan investisiyanın statistikası açıqlanıb

Azərbaycana yatırılan investisiyanın statistikası açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 milyard 540,2 milyon manat məbləğində, yaxudötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9% azalıb.

İstifadə olunmuş vəsaitin 7 milyard 598,1 milyon manatı və ya 65,8%-i məhsul istehsalı sahələrinə, 2884,6 milyon manatı (25,0%) xidmət sahələrinə, 1057,5 milyon manatı (9,2%) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 390,1 milyon manatını və ya 64,0%-ini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 281,6 milyon manatı və ya 63,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3%, büdcə vəsaitləri 24,1%, bank kreditləri 6,4%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7% təşkil edib.