Azərbaycan ötən il qaz ixracını 17%-dək artırıb

Azərbaycan ötən il qaz ixracını 17%-dək artırıb

Ötən il Azərbaycan 13,8 milyard kubmetr qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 16,9% çoxdur.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, "OPEC+" razılaşması ilə bağlı məhdudiyyətləri çərçivəsində neft ölkədə neft hasilatı 8,2% azalıb: "Eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9% artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub".