Azərbaycan əhalisinin bank əmanətlərinin 53%-i xarici valyutadadır

Azərbaycan əhalisinin bank əmanətlərinin 53%-i xarici valyutadadır

Cari ilin dekabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 908,2 milyon manat təşkil edib. Əmanətlərin 52,7%-i xarici valyutada olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, əmanətlərinin dollarlaşması ötən ay ilə müqayisədə 0,3 % bəndi, ilin əvvəli ilə müqayisədə isə 0,5 % bəndi azalıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə dollarlaşma 1,4 % bəndi azalıb.