"Apple" "Google"a alternativ axtarış sistemi yaradır

"Apple" "Google"a alternativ axtarış sistemi yaradır

"Apple" öz axtarış sistemini yaratmaq istiqamətində işlərə başlayıb. Şirkətin, ABŞ antiinhisar oqranları tərəfindən "Google"a edilən təzyiqlər nəticəsində sonuncudan "iOS" əməliyyat sistemlərində əsas axtarış sistemi olması qarşılığında əldə etdiyi milyardlarlalra dollar qazancı itirmək qorxusu üzləşdiyi üçün bu addımı atmaq qərarına gəldiyi güman edilir.

"iPhone" əməliyyat sisteminin son versiyası "iOS 14"-də artıq müəyən dəyişiklik nəzərə çarpır. Belə ki, istifadəçilər ana ekranda axtarış edərkən "Apple" onlara öz axtarış nəticələrini göstərməyə və veb-saytlara birbaşa keçid təqdim etməyə başlayıb. Ekspertlər isə düşünür ki, son yeniliklər şirkətin bu sahədə ciddi irəlililəyiş əldə etdiyini, bunun isə öz növbəsində "Google"a edilən hücumların miqyasının daha böyük olduğunu göstərir.

Təqribən iki il yarım əvvəl "Apple"ın "Google" axtarış sisteminin rəhbəri John Giannandrea'nı öz komandasına qatması da şirkətin öz axtarış sisteminin inkişaf etdirməklə bağlı ciddi planlarının olduğunu bir daha sübut edir.

Xatırladaq ki, ABŞ Dövlət Ədalət Departamenti "Google"a qarşı "iPhone"larda əsas axtarış sistemi olmaq üçün "Apple"a ödədiyi milyardlarla dollar vəsaitinn antinhisar qanunlarının pozduğu iddiasıyla cinayət işi başladıb.